KİV: Misirdə qəzaya uğrayan təyyarədə üç Ukrayna, bir Belarus vətəndaşı olub

KİV: Misirdə qəzaya uğrayan təyyarədə üç Ukrayna, bir Belarus vətəndaşı olub
# 31 oktyabr 2015 13:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi Misirin hökumət rəsmilərinə istinadən xəbər verir.

Almaniyanın "Deutsche Welle" nəşri isə yazır ki, artıq xilasedicilər 17-si uşaq olmaqla 100-də atrıq cəsədi aşkarlayıb.

"Xilasedicilər sağ qalanların olduğunu istisna etmir", - deyə nəşr yazır.

Rusiyanın "Slon" portalı yazır ki, təyyarənin göyərtəsində 3 Ukrayna vətəndaşı olub.

Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirlir ki, təyyarənin göyərtəsində bu ölkənin 1 vətəndaşı olub.

Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR