Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 13:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölkə başçısının sərəncamına uyğun olaraq görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr olunan ilk tədbir Gəncə Olimpiya İdman Kompleksində baş tutub. Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə görkəmli generalın döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə sədaqətindən danışılıb, onun Azərbaycanın hərb tarixinə verdiyi töhfələrdən söz açılıb və 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin ədəbi-bədii kompozisiya hissəsindən sonra əsgərlər nümunəvi çıxışlar nümayiş etdiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR