Lənkərana həsr edilmiş "Bölgələrdən paytaxta" layihəsinin təqdimatı keçirilib

Lənkərana həsr edilmiş "Bölgələrdən paytaxta" layihəsinin təqdimatı keçirilib
# 06 iyun 2016 21:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lənkərana həsr edilmiş "Bölgələrdən paytaxta" layihəsinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət-ənənəsini əks etdirən sərgi açılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən tədbirlər regionlara da müsbət təsirini göstərib. Nazir sözügedən layihənin əhəmiyyətindən danışıb, artıq ənənə halını alan "Bölgələrdən paytaxta" layihəsinin regionlararası mübadilənin gücləndirilməsinə müsbət təsirini vurğulayıb. Ə. Qarayev layihənin Lənkəran şəhərinə həsr edilməsini yüksək qiymətləndirib, gələcəkdə bu istiqamətdə işlərin davamlı olacağını diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rəhbərlik etdiyi şəhərin sosial-iqtisadi inkişafından danışıb, mədəni layihələrə göstərilən qayğıdan bəhs edib.

Tədbirdə Lənkəranın müasir inkişafını əks etdirən videoçarx və konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR