Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycanın rayonlarında təlimlərə başlayıb

Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycanın rayonlarında təlimlərə başlayıb
# 21 iyul 2014 07:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən müştərilərin istəyi ilə Cəlilabad rayonunda “Maliyyə Təhlili” mövzusunda təlim təşkil edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd iştirakçılarda kapital bazarı haqqında güclü bilik bazasını formallaşdırılması və iştirakçıları peşəkar təlimlərə hazırlamaqdan ibarətdir.

Təlim maliyyə münasibətlərinin öyrənilməsi, onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması, maliyyə fəaliyyətinin dəqiq sərhədlərini müəyyənləşdirməsi, mövcud maliyyə vəziyyətini peşəkarcasına qiymətləndirilməsi və onun inkişafının nəticələri barəsində əvvəlcədən məlumatlı olmağa imkan verir.

Sözügedən təlim, maliyyə sahəsinə yeni qatılıb peşəkar maliyyəçi olmaq istəyənlər üçün nəzərdə tutulub. Proqram maliyyə təhlilinin əsas biliklərini təqdim edərək, iştirakçılarda güclü maliyyə bazasını formalaşdırır, həmçinin maliyyə sahəsində hər bir mövzu üzrə daha dərin biliklərə yiyələnməyə şərait yaradır.

Cəlilabad rayonunda 03 avqust 2014-cü il tarixində keçiriləcək növbəti təlim “Risklərin İdarə Edilməsi” mövzusu ilə bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR