Əhməd Davudoğlu: “Bəşər Əsəd dayandırılmasa, İŞİD-in təhdidləri də böyüyəcək”

Əhməd Davudoğlu: “Bəşər Əsəd dayandırılmasa, İŞİD-in təhdidləri də böyüyəcək”
# 06 oktyabr 2014 15:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Bəşər Əsəd dayandırılmadığı müddətdə, İŞİD-in təhdidləri də böyüyəcək”.

APA-nın “Sabah”a istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu CNN-in əməkdaşı Kristiyan Amanpura müsahibəsində bildirib.

K.Amanpur hələ yayımlanmayan müsahibədən bəzi çıxarışları özünün “Twitter” profilində paylaşıb: “Türkiyənin baş naziri bildirib ki, Kobani şəhərinə humanitar baxımdan yardım edəcəklər, amma Bəşər Əsədin qarşısı alınmadıqca, İŞİD təhlükəsi daha da böyüyəcək”.

Ə.Davudoğlu eyni zamanda qeyd edib ki, Türkiyə ancaq Suriya daxilində uçuşun qadağan olunduğu bölgələrin və təhlükəsiz zonaların müəyyən ediləcəyi halda, hərbi koalisiyaya qatıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR