Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 May

# 30 may 2016 18:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Həftə neftin qiymətinə təsir göstərəcək hadisələr baxımından zəngin olacaq. Qiymətlərə təsir göstərəcək ən önəmli hadisə iki gün sonra baş tutacaq OPEK toplantısıdır. Kartel həm neft hasilatına dair kvotaları təsdiqləməli, həm də yeni sədr seçməlidir. Gündəmin ən önəmli maddəsi olan hasilatın dondurulması isə demək olar ki, gündəlikdə yoxdur. Məhz demək olar ki... Çünki kartelin bəzi üzvləri hasilatı azaltmaq təklifində hələ də israrlıdır, buna rəğmən əksəriyyət hesab edir ki, neftin qiyməti OPEK-in bazara müdaxiləsi olmadan da 50 dollar ətrafında stabilləşib. Əgər qiymətlərdə stabilləşmə varsa, bazara müdaxilə etməyə nə ehtiyac var? Digər tərəfdən isə OPEK dolların mümkün möhkəmlənməsi prosesinin neft bazarına təsirinə qarşı önləyici addımlar müəyyənləşdirməlidir. Çünki, Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini artırarsa, bu, neftin xeyli ucuzlaşmasına səbəb olacaq. Amma bu məsələdə də OPEK üzvlərinin fikri yekdil deyil. Yeni sədrin seçilməsi məsələsində olduğu kimi. Toplantı OPEK-in hər zaman döş-döşə gələn iki üzvü - Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin gərginləşməsi fonunda keçiriləcək. Səudiyyə Ərəbistanı iranlı zəvvarların Həcc ziyarətinə gəlməsini qadağan edib və bu, iki ölkənin münasibətlərini az qala müharibə həddinə gətirib çıxarıb. Elə bu faktor kartelin neft siyasəti ilə bağlı ortaq məxrəcə gəlməyi mümkünsüz edir. Bazarların bu duruma necə reaksiya verəcəyini isə sabahkı hərraclarda biləcəyik.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR