Novruz Aslanov seçiciləri qəbul edib

Novruz Aslanov seçiciləri qəbul edib
# 28 iyun 2016 08:45 (UTC +04:00)

Bakı-APA Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda səyyar qəbullar keçirir.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, növbəti belə qəbul iyunun 27-də İsmayıllı rayonunun Aşağı Zərnava və Külüllü kənlərində təşkil olunub.

Hər iki qəbul kənd orta məktəbinin binasında keçirilib. Qəbula gələn sakinlər əsasən kəndin içməli su və qaz məsələsini deputatın diqqətinə çatdırıblar.

Qeyd olunub ki, bu cür problemlərin həlli istiqamətində millət vəkili əlaqədar qurumlarla əməkdaşlıq edir və bir neçə belə məsələ İsmayıllı rayonunda öz müsbət həllini tapıb.

Novruz Aslanov bu il 20-yə yaxın kənddə səyyar qəbullar keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR