Avropa Oyunları zolağında avtomobillərin hərəkəti ilə bağlı qərar qəbul edilib - VİDEO

Avropa Oyunları zolağında avtomobillərin hərəkəti ilə bağlı qərar qəbul edilib - <span style="color: red;">VİDEO
# 01 iyul 2015 07:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-dən APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR