Qaxda 76 yaşlı kişi itkin düşüb

Qaxda 76 yaşlı kişi itkin düşüb
# 17 dekabr 2014 17:36 (UTC +04:00)

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini Hacı Səməndər oğlu Quliyev Qax RPŞ-ə yazılı surətdə müraciət edərək bildirib ki, atası 1938-ci il təvəllüdlü, Səməndər Hacı oğlu Quliyev 15 dekabr tarixində, saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmaq adı ilə evdən gedərək bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, Qax RPŞ-nin əməkdaşları və bir qrup Qaşqaçay kənd sakinləri dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmağa gedib geri dönməyən 76 yaşlı qocanın axtarışlarını davam etdirir. Bu saatlara qədər Səməndər Quliyevin axtarışları heç-bir nəticə verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR