Təhsil naziri: “Azərbaycanın orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənninin hazırlığına xüsusi diqqət yetirilir”

Təhsil naziri: “Azərbaycanın orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənninin hazırlığına xüsusi diqqət yetirilir”
# 02 aprel 2015 10:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın bütün ümumtəhsil tam orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənni tədris olunur və son illərdə bu fənnin hazırlığına xüsusi diqqət yetirilir.

APA-nın xəbərinə görə, məktəblərdə hərbi hazırlıq fənninin keyfiyyətinə münasibət bildirən təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, bunun bir çox səbəbləri var.

Onun sözlərinə görə, təbii olaraq birinci səbəb ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir: “Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda vətəndaş ruhunun formalaşması nəinki zəruri, ən mühüm məsələlərdən biridir”.

Təhsil naziri qeyd edib ki, məktəblərdə Müdafiə Sənayesi Nazirliyinin təlim-tədris məqsədləri üçün istehsal olunan avadanlıqlarından istifadə edilir. Onun sözlərinə görə, məktəblərdə, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksək saxlanılması hər zaman diqqət mərkəzindədir. Bundan əlavə, Müdafiə Nazirliyinin dəstəyi ilə hər zaman medianın, geniş ictimaiyyətin iştirakı ilə cəbhəyanı bölgələrdə yerləşən məktəblərə xüsusi turların təşkil olunduğunu deyən nazir vurğulayıb ki, məqsəd ilk növbədə orada təhsil alan şagirdlərin və təhsil verən müəllimlərin, orada yaşayan vətəndaşların gündəlik həyat şəraiti ilə tanış olmaqdır: “Müşahidələr onu göstərir ki, uşaqların təhsil nailiyyətləri, vətəndaşlarda Vətənə olan münasibəti və təhsilə olan meyli düşmən tərəfindən olan bütün səylərə baxmayaraq, çox yüksək səviyyədədir və gələcəkdə də davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR