DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edəcək

DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edəcək
# 15 aprel 2015 09:10 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 24 aprel 2015-ci il tarixdə, saat 11:00-da Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Gəncə şəhər Nizami rayon şöbəsində (02226) 4-42-07

Gəncə şəhər Kəpəz rayon şöbəsində (02225) 5-12-22

Samux rayon şöbəsində (02227) 5-10-75

Göygöl rayon şöbəsində (02220) 5-23-77

Daşkəsən rayon şöbəsində (02221) 5-52-42

Kəlbəcər rayon şöbəsində (02225) 7-23-87

Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR