Türkiyə hərbçiləri Suriya sərhədində 4 İŞİD terrorçusunu məhv edib

Türkiyə hərbçiləri Suriya sərhədində 4 İŞİD terrorçusunu məhv edib
# 14 noyabr 2015 20:11 (UTC +04:00)

Bakı-APA. Türkiyə hərbçiləri Suriya ilə sərhəddə İŞİD terror qruplaşmasının 4 üzvünü məhv edib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, iki avtomobildə sərhəd boyu hərəkət edən terrorçular hərbçiləri atəşə tutub.

Türkiyə hərbçilərinin cavab atəşi ilə terrorçulardan 4-ü məhv edilib.

Qeyd edək ki, Suriya ordusu bu arada Hələb əyalətinin cənubunda yerləşən Əl İis yaşayış məntəqəsini terrorçulardan azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR