"Bank Technique"in müştərilərinin sayı 105 minə yaxınlaşır

"Bank Technique"in müştərilərinin sayı 105 minə yaxınlaşır
# 04 iyun 2015 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində "Bank Technique" ASC-nin müştərilərin sayı artaraq 105 minə yaxınlaşır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə bu göstərici təxminən 4% artaraq 1 may tarixinə 104 580 şəxs olub.

Artım həm fiziki, həm hüquqi şəxslər arasında qeydə alınıb. Hazırda fiziki şəxs olan müştərilərin sayı 97 mini üstələyir, hüquqi şəxslərin sayı isə 7 500-ə yaxınlaşır.

“İqtisadi proseslərə baxmayaraq, müştəri bazasının artımı bank tərəfindən müsbət dəyərləndirilir və maliyyə təsisatına etimadı əks etdirir”, - deyə məlumatda vurğulanıb.

Bankda həmçinin qeyd ediblər ki, bu göstəricinin artımına innovativ məsafəli bankçılıq xidmətlərinin istifadəyə verilməsi, həmçinin əmanət faizlərinin yüksəldilməsi qərarı öz təsirini göstərib.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR