Beynəlxalq Valyuta Fondu: Neftin ucuzlaşmasına baxmayaraq 2015-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi sabit qalacaq

Beynəlxalq Valyuta Fondu: Neftin ucuzlaşmasına baxmayaraq 2015-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi sabit qalacaq
# 18 may 2015 13:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 0,6% olacağı gözlənilir.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya ilə bağlı açıqladığı hesabatda qeyd olunub.

Məlumata əsasən, 2016-cı ildə Rusiya iqtisadiyyatının dirçəlməsi və neft qiymətlərinin əvvəlki səviyyəyə qayıtması nəticəsində Azərbaycanda iqtisadi artım tempi 2,5%-ə yüksələcək.

Hesabatda regionun neft ixracatçıları ölkələrindəki artımın 2015-ci ildə 2%-dək azalaraq 3,5%-ə enəcəyi proqnozlaşdırılır.

Ümumilikdə, məlumatda neft qiymətlərinin aşağı düşməsinin Azərbaycana və Qazaxıstana daha çox təsir edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR