Separatçılar “Boinq 777” təyyarəsində ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər

Separatçılar “Boinq 777” təyyarəsində ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər
# 20 iyul 2014 04:44 (UTC +04:00)

Bundan başqa, operativ məlumata görə, terrorçular təyyarədə ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər və meyitlərin üzərindən şəxsi qiymətli əşyaları oğurlayırlar. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti mərkəzinin spikeri Andrey Lısenko ötən gün Kiyevdə keçirilən brifinqdə bildirib.

“Əksəriyyəti sərxoş vəziyyətdə olan separatçılar faciə baş verdiyi ərazidə beynəlxalq mütəxəssislərə araşdırma aparmağa imkan vermirlər. ATƏT nümayəndələri, onlara baxış keçirmək üçün müəyyən ərazidən kənara çıxdıqda, silahlılar havaya atəş açırlar”, deyə Lısenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR