AİB “Şahdəniz-2” layihəsi çərçivəsində “LUKoil”a iri kredit ayıracaq

AİB “Şahdəniz-2” layihəsi çərçivəsində “LUKoil”a iri kredit ayıracaq
# 27 avqust 2014 10:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2016-cı il noyabrın 13-də Asiya İnkişaf Bankının (AİB) “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi (“Şahdəniz-2”) çərçivəsində “Lukoil Overseas Shah Deniz” şirkətinə kredit ayrılması məsələsinə dair iclası keçiriləcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ”Şahdəniz-2” layihəsinin əlavə maliyyələşdirilməsi üçün AİB “LUKoil Overseas Shah Deniz” şirkətinə 450 mln. ABŞ dolları ayırmağa hazırdır.

Məlumata görə, həmin layihə çərçivəsində 20-dən artıq quyunun qazılması, iki özülün tikintisi, sualtı infrastrukturun yaradılması, “Səngəçal” neft terminalının və Cənubi Qafqaz Qaz Kəmərinin genişləndirilməsi nəzərdə tutulur. Bu vəsaitin ümumi həcmindən 250 mln. dollar libor dərəcəsi üzrə, yerdə qalan 200 mln. dollar isə əlavə maliyyələşdirmə sxemi üzrə təqdim olunacaq.

Xatırladaq ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik olan "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.

“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR