Şirvanda fərdi yaşayış evi yanıb - VİDEO

Şirvanda fərdi yaşayış evi yanıb - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 14:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Şirvan Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhəri Nizami küçəsi - 17 ünvanında, 1971-ci il təvəllüdlü Yolçuyev Nəsrəddin Fərzi oğluna məxsus fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi saat 15.00 radələrində qeydə alınıb. Ümumi sahəsi 120 kvadratmetr olan mənzilin 80 kvadratmetri yanıb. Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və mənzilin digər sahəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

FHN-in hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, Şirvan şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 120 kvadratmetr olan 2 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR