"SmileCard" müştəriləri üçün bonus və endirimlər təklif edilir

"SmileCard" müştəriləri üçün bonus və endirimlər təklif edilir
# 06 noyabr 2015 08:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın “SmileCard” taksit kartı ilə tərəfdaşlıq edən ticarət/xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata əsasən, tərəfdaşların siyahısı ilə bankın saytında tanış ola bilərsiniz - http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_18.09.pdf .

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən “SmileCard”ı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR