Monteneqroda hərbi helikopter qəzaya uğrayıb

Monteneqroda hərbi helikopter qəzaya uğrayıb
# 10 iyun 2016 14:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Monteneqronun paytaxtı Podqoritsada Silahlı Qüvvələrə məxsus helikopter qəzaya düşüb.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Monteneqro Milli Televiziyası məlumat yayıb. Hadisə bu gün günorta saatlarında Komanskiy körpüsü yaxınlığında baş verib.

Hadisə yerinə polis və təcili yardım heyəti yollanıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR