Sabir Rüstəmxanlı: “Vəziyyət dəyişib, sədrlikdə qala bilərəm”

Sabir Rüstəmxanlı: “Vəziyyət dəyişib, sədrlikdə qala bilərəm”
# 11 noyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Milli Məclisə keçirilən seçkilərdə iştirak etməməyim vəziyyəti dəyişdirib. Milli Məclisə getmədiyim üçün ola bilsin ki, partiya sədrliyində qalacağam”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

VHP sədri iqtidar və müxalifət arasında görüşlərin 3 dəfə keçirilməsinə baxmayaraq, hazırda buna fasilə verilməsinə də toxunaraq bildirib ki, bu görüşlərin davam etdirilməsinin həm iqtidara, həm də müxalifətə xeyri var: “Hazırda ölkədə iqtidar-müxalifət dialoqu mövcuddur. Bu dialoqun bir hissəsi Milli Məclisdə, bir hissəsi mətbuatda aparılır, yəni daimi dialoq var. Dialoqsuz bir cəmiyyət təsəvvür etmək mümkün deyil. Dialoq təkcə hakimiyyət uğrunda mübarizənin bir hissəsi deyil. Bu, cəmiyyətin mövcudluğunun, inkişafının təminatıdır. Ona görə də mən hesab edirəm ki, iqtidar-müxalifət görüşləri davam etdirilməlidir. Çünki bu tipli görüşlərdə açıq söhbət gedir, hər kəs öz mövqeyini bildirir. Bu mövqelər hər nə qədər təsirsiz görünsə də, qeyd olunur və deyilən nöqsanların aradan qaldırılması istiqamətində şübhəsiz ki, müəyyən addımlar atılır”.

S. Rüstəmxnlı VHP-nin növbəti qurultayı ilə bağlı vəziyyətə də münasibət bildirərək ilin sonuna kimi qurultayı keçirməyə çalışacaqlarını söyləyib: “Hazırda konfranslar davam etdirlir, hələ başa çatmayıb. Qurultayın vaxtı konfransların yekunundan asılıdır. Partiya sədrliyində qalıb-qalmamağım qurultayın qərarından və dostlarımın istəyindən asılıdır. Bu yükü çiynində daşıyan olsa, mən o zaman sədrlikdən gedərəm. Prosesləri bir müddət kənardan izləmək kimi bir istəyim də var. Çünki indi təkcə partiya deyil, yaradıcılıq işlərim də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR