Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb

Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb
# 04 dekabr 2014 06:21 (UTC +04:00)

Bakı - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,18% - 17 912,62 bəndədək, NASDAQ 0,39% - 4 774,47 bəndədək, S&P 500 indeksi isə 0,38% - 2 074,33 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% - 6 716,63 bəndədək azalıb, Fransa CAC-40-ı 0,08% - 4 391,86 bəndədək, Almaniya DAX-ı isə 0,38% - 9 971,79 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,93% - 17 885 bəndədək, Shanghai 1,62% - 2 824,43 bəndədək, Hang Seng 0,52% - 23 551,46 bəndədək artıb.

COMEX-də qızılın bir unsiyası 3,80 dollar ucuzlaşaraq 1 204,90 dollar, gümüşün 1 unsiyasının qiyməti isə 0,01 dollar ucuzlaşaraq 16,40 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR