Azad Rəhimov: “Avropa Oyunlarının keçiriləcəyi bütün stadionlarda, arenalarda iyunun 11-dək müvafiq işlər aparılacaq”

Azad Rəhimov: “Avropa Oyunlarının keçiriləcəyi bütün stadionlarda, arenalarda iyunun 11-dək müvafiq işlər aparılacaq”
# 16 mart 2015 13:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi bütün stadionlarda, arenalarda iyunun 11-dək müvafiq işlər aparılacaq. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib.

O bildirib ki, bütün idman qurğularında, İT texnologiyalarla bağlı müəyyən işlər görüləcək. Onun sözlərinə görə, son günə kimi bütün stadionlarda, arenalarda yoxlamalar aparılacaq: “Bizim üçün oyunlardan öncə hansısa test və yoxlama yarışların keçirilməsindən daha çox arenaların yoxlamaq daha lazımdır. Könüllülərlə birgə arenaya baxılacaq ki, gələn insanlar orada necə istiqamətləndirilməlidir. Beynəlxalq yarışdan öncə bu işlərin görülməsi çox mühümdür. Deyə bilmərik ki, hansısa arena tam hazırdır, testdən keçirilib. Bütün stadionlarda, arenalarda iyunun 11-dək yoxlamalar, müvafiq işlər aparılacaq”.

Nazir Avropa Oyunlarında iştirak edəcək ölkələrin və idmançıların sayı ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, bu işlər aprelin sonu-mayın əvvəlinədək yekunlaşacaq. Bundan sonra demək mümkün olacaq ki, Bakı 2015 Avropa oyunlarında hansı ölkələrdən nə qədər sayda idmançı iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR