Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı ölkələrinin ticarət nazirlərinin I qeyri-rəsmi görüşündə iştirak edib

 Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı ölkələrinin ticarət nazirlərinin I qeyri-rəsmi görüşündə iştirak edib
# 08 may 2015 15:49 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini M.Məmməd-Quliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatçılığını ifadə edən M.Məmməd-Quliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR