Bakıda zavoda gətirilmiş məişət tullantılarının içindən silah-sursat tapılıb - FOTO

Bakıda zavoda gətirilmiş məişət tullantılarının içindən silah-sursat tapılıb - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 12:53 (UTC +04:00)

ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri dekabrın 2-də polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-in polisə təhvil verdiyi silah-sursat hissələri bunlardır:

  1. 27 ədəd 5.45 çaplı patron
  2. 58 ədəd 7.62 çaplı patron
  3. 34 ədəd kiçik çaplı patron
  4. 2 ədəd avtomat darağı
  5. 1 ədəd F1 əl qumbarasının korpusu
  6. 1 ədəd optik nişangah

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-yə aid tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyəti qurumlara təhvil verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR