Almaniya hökuməti: 1915-ci il hadisələrinə tarixçilər və mütəxəssislər qiymət verməlidir

Almaniya hökuməti: 1915-ci il hadisələrinə tarixçilər və mütəxəssislər qiymət verməlidir
# 13 aprel 2015 15:48 (UTC +04:00)

Bakı – APA. Almaniya 1915-ci il hadisələrinə tarixçilər və mütəxəssislər tərəfindən qiymət verilməsinə tərəfdardır. APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristian Virtz (Christiane Wirtz) Berlində jurnalistlərin bu mövzuda sualını cavablandırıb.

K. Virtz Almaniya hökumətinin bu məsələyə qarışmadığını bildirib: “Bu mövzuya mütəxəssislər və tarixçilər qiymət verməlidir”.

K. Virtz məsələ ilə bağlı hansı mövqenin doğru olduğuna arbitr kimi qərar verə bilməyəcəklərini söyləyib. Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şafer (Martin Schaefer) isə deyib ki, türklər və ermənilər bu məsələni birlikdə həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR