Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın rəhbərliyində kadr dəyişikliyi baş verib.
“APA-Economics” xəbər verir ki, bankın İdarə Heyətinin sədr müavini Azər Hümbətov işdən çıxıb.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı 6-dan 5-ə enib.
Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Fərid Abuşov, sədr müavini isə Orxan Vahabovdur. Mərdan Şıxəliyev, Oktay Əliyev, Samirə Şirəliyeva isə “DəmirBank”ın baş direktorlarıdır.