Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 13 aprel 2015 13:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. İsabayev etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR