Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türkiyədəki seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türkiyədəki seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib
# 08 iyun 2015 14:16 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın təmsil olunduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türkiyədə parlament seçkilərinin açıq, şəffaf, rəqabətçi və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini açıqlayıb.

APA-nın xəbərinə görə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan 16 müşahidəçi Türkiyədə 5 iyunda fəaliyyətə başlayıb. Dörd qrupa ayrılan müşahidəçilər əvvəlcə seçkinin əsas partiyaları olan AKP, CHP, MHP və HDP-nin təmsilçiləri ilə görüşüblər. İstanbul, İzmir, Trabzon və Van vilayətlərində seçkiləri müşahidə edən ölkə təmsilçiləri vilayətlərdə seçki komissiyalarının nümayəndələri ilə seçkidən əvvəlki mühiti müzakirə ediblər.

Seçki günü müşahidəçilər İstanbulda 57, İzmirdə 19, Trabzonda 12, Vanda isə 18 seçki məntəqəsində olublar. Seçkinin nəticələrinə dair verilən açıqlamada seçki günü heç bir qanun pozuntusuna rast gəlinmədiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR