Bakıda daha iki marşrut xətti ləğv olunub, dörd marşrutun son dayanacağı dəyişdirilib

Bakıda daha iki marşrut xətti ləğv olunub, dörd marşrutun son dayanacağı dəyişdirilib
# 20 may 2015 08:21 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov “APA-Economics”ə bildirib ki, 193 və 211 saylı marşrut xətləri bağlanıb. “Həmin avtobuslar yönəldilib 205 və 207 saylı marşrutlara və həmin xətlərdə istifadə olunacaq”, - deyə N. Həsənov bildirib.

Nazirliyin rəsmisi əlavə edib ki, 147, 93, 108 və 134 saylı marşrutlar üzrə hərəkət edən avtobusların son dayanacağı “Azadlıq” metro stansiyasından “Dərnəgül” metro stansiyasına doğru dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR