Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır

Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır
# 06 iyun 2015 20:26 (UTC +04:00)

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Stiven Xarper Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kanada nəinki 270 rusiyalı və separatçılara qarşı qəbul etdiyi sanksiyaların müddətini uzatmağa, hətta yeni sanksiyalar tətbiq etməyə hazırdır.

“Putin üçün fəsadlar olmalıdır, iqtisadi sanksiyalar qalmalıdır. Və biz vəziyyətdən asılı olaraq Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək üçün müttəfiqlərimizlə əməkdaşlıq etməyə həmişə hazırıq”, deyə Xarper qeyd edib.

Poroşenko bundan əvvəl tezliklə Kanada ilə azad ticarət haqqında sazişin imzalanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR