ATƏT müşahidəçiləri Donetsk ətrafında 90-dan çox partlayış qeydə alıblar

ATƏT müşahidəçiləri Donetsk ətrafında 90-dan çox partlayış qeydə alıblar
# 12 noyabr 2015 01:41 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Xüsusi monitorinq missiyası noyabrın 10-da Ukraynanın Donetsk şəhəri ətrafında 90-dan çox partlayış qeydə alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə missiyanın hesabatında deyilir.

“Xüsusi monitorinq missiyası Donetsk ətrafında 90-dan çox partlayış, o cümlədən 82 mm çaplı minaatanlardan istifadə hallarını qeydə alıb”, məlumatda qeyd edilir.

Məlumatda həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri və “DXR” separatçıları təmas xəttində minaatanların geri çəkilməsinə dair ATƏT missiyasına yazılı bildiriş göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR