ARDNŞ Yunanıstandakı fəaliyyəti ilə bağlı perspektivlərini açıqlayıb

ARDNŞ Yunanıstandakı fəaliyyəti ilə bağlı perspektivlərini açıqlayıb
# 19 noyabr 2014 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin Yunanıstandakı fəaliyyəti ilə bağlı perspektivlərini açıqlayıb.

APA-Economics”in məlumatına görə, R. Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin mühüm elementi enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Azərbaycandan Yunanıstana təbii qaz tədarükü və beynəlxalq enerji layihələrində hər iki tərəf üçün faydalı olan əməkdaşlıqdır.

“Biz Yunanıstanı dəyərli tərəfdaş və mühüm bazar hesab edirik. İnanırıq ki, tərəfdaşlığımız Yunanıstana Cənubi Avropada geosiyasi mövqeyini daha da möhkəmlətməyə və Şərqdən Qərbə təbii qazın nəqli üçün alternativ enerji dəhlizinin yaradılmasında mühüm rol oynamağa imkan verəcək. Düşünürük ki, Yunanıstan regional qaz qovşağı və regionda təbii qaz sahəsində əsas oyunçu olmaq imkanına malikdir”, - deyə R. Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-in əsas məqsədi mövcud tərəfdaşları ilə əlaqələri inkişaf etdirmək və möhkəmlətmək və eyni zamanda regionda gələcək biznes imkanlarının inkişafına çalışmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR