Balakəndə avtomobil 6 yaşlı oğlanın üstündən keçib

Balakəndə avtomobil 6 yaşlı oğlanın üstündən keçib
# 08 iyun 2016 14:07 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.

Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon Talalar kənd sakini Məmmədov Loğman Süleymanov idarə etdiyi 90 DP 040 nömrə-nişanlı, “Mercedes” markalı avtomobillə atası ilə birlikdə yolda gedən 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.

Xəstəxanadan APA-ya bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR