Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirib

Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirib
# 01 oktyabr 2015 19:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edək ki, İŞİD silahlılarının Xama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı.

Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib.

“Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib”, deyə Konaşenkov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR