Göyçayda itkin düşən şəxs avtomobil qəzasında ölüb - FOTO - VİDEO

Göyçayda itkin düşən şəxs avtomobil qəzasında ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 17:06 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində magistral yolun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1966-cı il təvəllüdlü Səbuhi İsayev idarə etdiyi 23-BX-050 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Əziz Kamal oğlunun idarə etdiyi 54-BB-557 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını aşıb. Ağır bədən xəsarətləri alan sürücü Səbuhi İsayev hadisə yerində dünyasını dəyişib.

Məlumata görə hadisə zamanı dünyasını dəyişən “Bismak” şirkətinin işçisi Səbuhi İsayev 7 gündür ki, itkin düşən şəxs kimi Göyçay rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR