Ağdamda piyadanı və qoyun sürüsünü vurub qaçan sürücü tutulub

Ağdamda piyadanı və qoyun sürüsünü vurub qaçan sürücü tutulub
# 29 sentyabr 2015 10:05 (UTC +04:00)

Ağdam - APA. Ötən gün Ağdamda, piyadanı və qoyun sürüsünü vurub qaçan sürücünün kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının axtarışları nəticəsində, hadisəni rayon sakini, Səfərov Elnur Əfqan oğlunun törətdiyi aşkarlanıb. Ağdam rayon Polis Şöbəsindən bildirilib ki, E. Səfərov 02 BH 999 dövlət nömrə nişanlı, “Mercedes-C-Class” markalı avtomobilli ilə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Hazırda hadisənin motivləri araşdırılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ağdamın Əfətli kəndi ərazisində idarəetməni itirən sürücü əvvəl avtomobili qoyun sürüsünə çırpıb, sonra Evoğlu kənd sakini, 1977-ci il təvəllüdlü Nağıyev Namiq Rafiq oğlunu vurub. N. Nağıyev xəsarətlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirir.

Hadisə nəticəsində xırdabuynuzlu heyvanlar tələf olub. Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR