Dələduzluqda təqsirləndirilən İran vətəndaşının məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən İran vətəndaşının məhkəməsi başlayıb
# 14 iyun 2016 09:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İran vətəndaşı Səid Əqillinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, Səid Əqilli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR