Neftçilər gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb - VİDEO

Neftçilər gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 07:54 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda 20 sentyabr - Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.

"APA-Economics"in xəbərinə görə, qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.

Çarxların çəkilişləri "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.

Qeyd edək ki, Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR