Ağcabədidə 150 hektar biçilmiş taxıl sahəsi yanıb

Ağcabədidə 150 hektar biçilmiş taxıl sahəsi yanıb
# 01 iyul 2015 03:14 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Haramı düzü adlanan ərazidə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR