Bank Of Baku

BNA-nın terminallarında “Narkomaniyaya birlikdə yox deyək” adlı loqo nümayiş olunur

BNA-nın terminallarında “Narkomaniyaya birlikdə yox deyək” adlı loqo nümayiş olunur
# 06 iyul 2018 15:25 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo nümayiş olunur.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq, ictimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formada) bu gündən etibarən 3 gün müddətində Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR