Bakıda 30 yaşlı qadının bir neçə evdən oğurluq etdiyi müəyyənləşib

Bakıda 30 yaşlı qadının bir neçə evdən oğurluq etdiyi müəyyənləşib
# 30 aprel 2015 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 30 yaşlı qadın silsilə oğurluq hadisələri törədib.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və BŞBPİ-in Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 24-də Yasamal rayonunda Allahyar Həsənovun evindən, pəncərədən keçməklə 450 manat pul oğurlamaqda şübhəli bilinən, barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılan Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva tutulub. Şübhəli şəxsin ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsində Fuad Dadaşova, noyabrın 18-də Şüvəlan qəsəbəsi Sabir küçəsində Zülfüqar Babayevə, bu il fevralın 23-də Binə qəsəbəsi Bünyatzadə küçəsində Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3000 manat nağd pulu açıq qapıdan, yaxud pəncərədən keçməklə gizli yolla talayaraq oğurluq, martın 2-də Binə qəsəbəsi Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evində onun etibarından sui-istifadə edərək 3500 manat dəyərində qızıl-zinət əşyalarını isə dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR