Bakıda cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

Bakıda cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb
# 19 avqust 2014 15:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan şəxsdən qadağan olunmuş əşya götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş bir ədəd “Nokia C3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR