Sumqayıtda xəvariclərlə sələfilər arasında baş vermiş silahlı insidentlə bağlı həbs edilən şəxslərin məhkəməsi təxirə salınıb

Sumqayıtda xəvariclərlə sələfilər arasında baş vermiş silahlı insidentlə bağlı həbs edilən şəxslərin məhkəməsi təxirə salınıb
# 23 sentyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclas qapalı olub. Mətbuat nümayəndələri və təqsirləndirilənlərin yaxınları prosesə buraxılmayıb.

Bəzi vəkillər prosesə gəlmədiyi üçün proses sabahadək təxirə salınıb.

Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

R. Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR