İranın nüvə proqramı ilə bağlı danışıqların müddəti uzadılıb

İranın nüvə proqramı ilə bağlı danışıqların müddəti uzadılıb
# 24 noyabr 2014 22:49 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib.

“Biz “altılıq” ölkələri ilə birlikdə İranın nüvə proqramı ilə bağlı diplomatik səylərin davam etdiriləcəyini, danışıqların müddətinin iyunun 30-dək uzadılması barədə razılığa gəldik. Qarşıdan gələn 4 ay ərzində danışıqları bitirmək niyyətindəyik. İyunun 30-dək isə yerdə qalan ziddiyyətlər və fikir ayrılığı tərəflər arasında keçirilən müzakirələrdə öz həllini tapmalıdır”, deyə Eşton bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR