Yanvar-may ərzində Azərbaycan 6,4 mlrd. dollarlıq xarici ticarət əməliyyatı aparıb

Yanvar-may ərzində Azərbaycan 6,4 mlrd. dollarlıq xarici ticarət əməliyyatı aparıb
# 17 iyun 2016 07:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 mlrd. 381 mln. 408,81 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,8% azdır.

Ötən 5 ay ərzində idxal əməliyyatları 3 mlrd. 331 mln. 437,56 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 18,2% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 49 mln. 971,25 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,3% azdır.


Nəticədə 281 mln. 466,31 min dollar məbləğində mənfi saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR