Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib
# 12 noyabr 2015 02:14 (UTC +04:00)

Bakı-APA. Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb.

Hadisə yerində "Niva" markalı minik avtamobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:37-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR