Azərbaycan xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşüb
# 02 oktyabr 2014 12:14 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar E. Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR