Dövlət Komitəsi: Azərbaycanda erkən nikaha daxil olan qızların yaş həddi 15-17 yaş arasıdır

Dövlət Komitəsi: Azərbaycanda erkən nikaha daxil olan qızların yaş həddi 15-17 yaş arasıdır
# 09 iyun 2015 10:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son illər Azərbaycanda erkən nikaha daxil olan qızların yaş həddi 15-17 yaş arasıdır”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E. Səfərovun sözlərinə görə, son illərdə 15 yaşdan aşağı qız uşaqlarının erkən nikaha daxil olması faktlarına rast gəlinməyib: “Ümumilikdə 2014-cü ildə rəsmi nikahda olmayan qadınlar tərəfindən 25486 uşaq doğulub. 25486 uşaqdan yalnız 3296 uşaq 18 yaşadək, yəni, yuxarıda qeyd etdiyim kimi 15-17 yaş arasında olan qadınlar tərəfindən dünyaya gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR