Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub - VİDEO

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2015 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətə azadlıqdan məhrum edilib.

Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR