Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb

Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb
# 13 aprel 2015 09:43 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev “APA-Economics”ə verdiyi açıqlamada bildirib ki, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Sözügedən yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

Qurum rəsmisi hava şəraiti dəyişən kimi sürət həddinin də yenidən əvvəlki vəziyyətə qaytarılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR